Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.
Demokrat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü turda qrup lideri Monteneqronun qonağı olub və 0:2 hesabı ilə uduzub.
Monteneqro yığması ilk turda Kipr (2:0), ikinci turda isə Lüksemburq (1:0) üzərində qələbə qazanmışdı.
Turnirin birinci oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisi isə ikinci turda Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxıb.
Əlavə edək ki, qrupun digər matçında Lüksemburq Kiprə 2:0 hesabı ilə qalib gəlib.
10 oktyabr
UEFA Millətlər Liqası
C liqası, III tur
I qrup
Monteneqro – Azərbaycan 2:0 Qollar: Yovetiç, 9 (1:0), İvanoviç, 71 Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)
Lüksemburq - Kipr - 2:0 Qollar: Sinani, 12, 26 Podqoritsa. Şəhər stadionu.
Qol.az


