Siyasət

Ermənistanın "S-300"nü vurmaq nə deməkdir? — Ekspertdən AÇIQLAMA

Ermənistanın S-300nü vurmaq nə deməkdir? — Ekspertdən AÇIQLAMA

"Azərbaycan Ordusu Ermənistana aid S-300 raket sistemini vurmaqla çox böyük uğur əldə edib".

Demokrat.az-ın xəbərinə görə, bu fikirləri Xəzər TV-də Lalə Azərtaşın aparıcısı olduğu "Birinci studiya" verilişində hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert bildirib ki, bununla Ermənistana həm də maddi baxımından ciddi ziyan dəyib:

“Azərbaycan S-300 raket qurğusunu məhv etməklə Ermənistana 1 milyard dollar məbləğində zərər dəyib. Həmçinin, Silahlı Qüvvələrimizin MİQ-29 və Su-25 qırıcılarının daha sərbəst hərəkətinə imkan yaradıb. Bundan başqa, Azərbaycan bu məsələdə mənəvi baxımdan da üstünlük əldə edib”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi verdiyi məlumata əsasən, Azərbaycan Ordusu düşmənin 1 ədəd S-300 zenit-raket kompleksini sıradan çıxarıb.

Zaur

Demokrat.az

D
demokrat.az