Suarez komanda yoldaşları ilə vidalaşdı

İDMAN 23 sen 2020, 21:43

“Barselona”nın hücumçusu Luis Suarez komanda yoldaşları ilə vidalaşıb.


Bu barədə “Twitter” hesabında jurnalist Jerar Romero yazıb.


Bu gün səhər saatlarında 33 yaşlı uruqvaylı klubun bazasına gəlib və bir müddət sonra oranı tərk edib. Yaxın saatlarda Suarezin “Barselona” ilə müqaviləni pozması gözlənilir.


Qeyd edək ki, Suarezin karyerasını Madrid “Atletiko”sunda davam etdirəcəyi bildirilir. Futbolçunun özü və klublar artıq müqavilə şərtlərini razılaşdırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top