Hadisə

Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto

Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto

Bakıda ağbirçək qadını qızı evdən qovub.

Küçədə qalan 80 yaşlıƏsgərova Cəmilə polislər tərəfindən "Təmiz Dünya" qadın və uşaq sığınacağına gətirilib.

Qadın əvvəlcə polislərə yaddaşsızlıqdan əziyyət çəkdiyi üçün evinə yolu unutduğunu söyləyib. Hər halda "Təmiz Dünya"nın sədri Mehriban Zeynalova sosial şəbəkədə Əsgərova Cəmilənin fotosunu paylaşaraq ailəsinin tapılması üçün kömək istəmişdi.

Bu gün isə məlum olub ki, polislər tərəfindən sığınacağa gətirilən 80 yaşlı qadın süpürgəçi işləyirmiş. İkinci qızı onu evindən çıxarıb və "hara istəyir sən gedə bilərsən" deyib.

Qadının böyük qızı anasının bacısı tərəfindən küçəyə atıldığından sosial şəbəkədən xəbər tutub. Səhəri günsığınacağa gələrək anasına sahib çıxıb. ( baku.ws)

Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto

D
demokrat.az