Xırdalanda bağça təmir olunacaq — Başçı əraziyə gəldi (FOTOLAR)

SOSİAL 16 sentyabr 2020, 18:49

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər 2 saylı uşaq bağçasının mövcud vəziyyətilə yerindəcə tanış olmaq məqsədilə əraziyə baş çəkib. İcra Hakimiyyətinin başçısına bildirilib ki, Xırdalan şəhər 2 saylı uşaq bağçası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Belə ki, sözügedən bina 1937-ci ildə 1 mərtəbəli məktəb binası kimi inşa edilib. Daha sonralar kitabxana kimi sakinlərin istifadəsinə verilib. 1960-cı ildən isə bağça binasına çevrilib. 


İcra Hakimiyyətindən Demokrat.az-a verilən məlumata görə, hazırda 6 qruplu, 120 yerlik uşaq bağçası kimi fəaliyyət göstərir. Bu məktəbəqədər təhsil müəssisəsinin bir hissəsinin 2018-ci ildə təmir olunduğu qeyd edilərək digər hissəsində də təmir işlərinin aparılmasının vacibliyi bildirilib. 


Bağçanın mövcud durumu ilə tanış olan İ.Gülməmmədova binada təmir işlərinin aparılması istiqamətində lazimi göstəriş və tapşırıqlarını verib. 

 

No description available.

No description available.

No description available.

No description available.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top