Maraqlı

Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir

Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir

Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənovunqəribə hobbisi üzə çıxıb.

Şamxal Həsənovun ətrafında olan şəxslərdən Demokrat.az-a bildirilib ki, Əli Həsənovun oğlu bahalı unitazlardan istifadə etməsi ilə tanınır.

Mənbənin sözlərinə görə, Şamxal Həsənov Xəzər TV-də işlədiyi dövrdə otağında yerləşən ayaqyolunda qızıl suyuna çəkilmiş bahalı unitaz quraşdırıbmış.

O, Xəzər TV-dən ayrılandan sonra isə həmin unitazı özü ilə aparıb. Həmin vaxtı televiziyada çalışanlar da buna şahid olublar.

Hazırda Şamxal HəsənovunDubaydakı villasında da qızıldan olan unitazdan istifadə etdiyi deyilir.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az