İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun rəhbəri olduğu "Azerifreedom" internet kanalının fəaliyyəti dayandırılıb.
Onun kanalının fəaliyyətinə Amerikada yaşayan jurnalist Sevinc Osmanqızının şikayəti əsasında xitam verilib.
Q. Məmmədov sosial şəbəkədə bu barədə yazaraq S. Osmanqızına şikayətini geri götürməsi üçün 3 saat vaxt verib.
"Əziz həmvətənlər, Sevinc Osmanqızının şikayəti əsasında "Azerifreedom" kanalının canlı yayımı durdurulub. Sevinc Osmanqızı, məndən izinsiz şəklimi və səs yazımı, həm də natamam versiyada efirinizdə səsləndirmisiniz. Mən də sizin bu hərəkətinizə uyğun cavab vermişəm və mənim şəxsimə yönəlmiş bu jurnalistika əxlaqına uymayan davranışınıza cavab vermişəm.
Kanala etdiyiniz şikayəti geri götürməyiniz üçün sizə 3 saat vaxt verirəm. Əgər bu gün canlı yayımı bərpa etməsələr və mən canlı yayımda olmasam, özünüzdən küsün".
/BakuPost/


