Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin “Boluspor” klubuna keçib.
Demokrat.az xəbər verir ki, bu barədə “Boluspor” klubu məlumat yayıb. Məlumata görə, Araz Abdullayevlə onunla 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, millimizin futbolçusunun son klubu “Qarabağ” olub. Yunanıstanın “Panionios” klubuna məxsus olmuş Araz son iki mövsüm Ağdam klubunda icarə əsasında çıxış edib.


