Hadisə

“Facebook”a rəqib sosial şəbəkə bağlanır

“Facebook”a rəqib sosial şəbəkə bağlanır

“Goggle” şirkəti tərəfindən yaradılan “Google+” (Goggle plus) sosial şəbəkəsi tarix olur.

Azadinform xəbər verir ki, 2011-ci ildə “Facebook”a rəqib olaraq yaradılan sosial şəbəkədə baş verən təhlükəsizlik xətaları, istifadəçilərin hesablarının qorunmaması “Google+”un bağlanmasına gətirib çıxarıb.

“Goggle” şirkəti tərəfindən verilən açıqlamada bildirilib ki, sosial şəbəkədə hesablarının qorunmaması 500 min istifadəçiyə təsir göstərib.

Bildirilir ki, ancaq “Google+”dan istifadə edən şirkətlərə xidmət göstəriləcək. Fərdi istifadəçilər sosial şəbəkədən yararlana bilməyəcək.

D
demokrat.az