“Türk Hava Yolları”nın 31 dekabr 2020-ci ilədək alınacaq olan bütün biletləri ödənişsiz dəyişdirmək mümkün olacaq.
Demokrat.az xəbər verir ki, mövcud qlobal pandemiya ilə əlaqədar sərnişinlərin məmnuniyyəti üçün Türk Hava Yolları bilet qaydalarında yeni dəyişiklik edib. Yeni qaydaya uyğun olaraq, 21 mart 2020-ci il tarixindən bu yana alınan və 31 dekabr 2020-ci il tarixinədək yazılacaq olan bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaq.
Biletin ödənişsiz dəyişikliyi üçün sərnişinlər orijinal biletlərindəki ilk uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşları ləğv etməli, yeni tarix müəyyən etməlidir. Bu şəkildə biletə ediləcək limitsiz dəyişikliklər ödənişsizdir. Yəni, bilet dəyişikliyi üçün heç bir cərimə alınmayacaq.
Bilet dəyişikliyi zamanı ortaya çıxacaq digər ödənişlər (valyuta fərqi, sinif, və istiqamət dəyişikliklərindən ortaya çıxacaq ehtimal fərqlər, vergi fərqləri və s.) sərnişin tərəfindən ödənilməlidir.
Tətbiq olunacaq yeni qaydaya uyğun olaraq sərnişin yeni səyahət tarixinə qərar verməyibsə, biletini açığa ala bilər. Başqa sözlə desək, yeni səyahət tarixi seçənədək düşünə bilər. Lakin bunun üçün də mütləq uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşlar ləğv edilməlidir.
Müəyyən ediləcək yeni səyahət 31 dekabr 2021 tarixinə qədər tamamlanmış olmalıdır. Biletlərin keçərliliyi 31 dekabr 2021 tarixinə qədər uzadıla bilər.


