Dünya

Fransa Türkiyəni sanksiyalarla təhdid etdi

Fransa Türkiyəni sanksiyalarla təhdid etdi

Fransa Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı müzakirələrin başlayacağını açıqlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransanın Xarici İşlər naziri Le Drian Türkiyəyə qarşı sanksiyalar məsələsinin müzakirə ediləcəyini deyib:

"Türkiyə Aralıq dənizində baş verən hadisələr barədə müzakirələrə başlamalıdır. Ərdoğan əlimizdə bu məsələ ilə bağlı bir neçə addımın olduğunu bilir".

Qeyd edək ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə təmsilçisi Cozep Borel Türkiyəyə qarşı sankiyaların tətbiq ediləcəyini ancaq hələlik bu barədə digər Aİ ölkələrini razı sala bilmədiklərini deyib.

Demokrat.az

D
demokrat.az