İdman

Mahir Emreli yığmamızın heyətindən kənarlaşdırıldı

Mahir Emreli yığmamızın heyətindən kənarlaşdırıldı

Yığma komandamızın hücumçusu Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.

Demokrat.azAFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.

Qeyd edək ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

D
demokrat.az