Hadisə

Sumqayıt sakini narkotik vasitənin təsirindən öldü

Sumqayıt sakini narkotik vasitənin təsirindən öldü

Sumqayıtda küçədə meyit tapılıb.

Demokrat.az-ın məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib. (APA)

D
demokrat.az