Bu ilin yanvar-iyun aylarında Azərbaycan 454,45 min ABŞ dolları dəyərində 40 010 ədəd video oyunlar üçün konsollar və avadanlıqlar idxal edib.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 dəfə artım, həcm ifadəsində isə 10,7% azalma deməkdir.
Ən çox oyun konsolları və avadanlıqları Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 432,94 min dollar dəyərində 39 817 ədəd oyun konsolları və avadanlıqları idxal edib.(apa.az)


