Şou-biznes

“Xəbərim olmadan cibimə 500 dollar qoymuşdu”

“Xəbərim olmadan cibimə 500 dollar qoymuşdu”

“Baloğlan Əşrəfov ən çətin anlarımın dəstəkçisi olub. 2008-ci ildə çıxıb Türkiyəyə getmişdim. Orada konsulumuz məni bir televiziyada işə düzəltdi. Təsadüfən Baloğlan müəllim mənə zəng etdi, görüşmək istədiyini bildirdi”.

Demokrat.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” proqramında deyib. O, qonaq dəvət etdiyi Əməkdar artist Baloğlan Əşrəfovla bağlı maraqlı açıqlama verib:

“Qaldığı otelə getdim, paltomu soyunub oturdum, söhbət etdik. Sonra qaldığım məkana gəldim. Əlimi cibimə atdım, gördüm ki, xəbərim olmadan cibimə 500 dollar pul qoyub. Düşünüb ki, İstanbuldayam, ehtiyacım olar. Məni çox təsirləndirmişdi, hələ də unuda bilmirəm. Utandırmadan kömək etmişdi”.(qafqazinfo.az)

D
demokrat.az