Hadisə

“Müsavat”ın binasına girən dəstə üzvləri saxlanıldı — VİDEO

“Müsavat”ın binasına girən dəstə üzvləri saxlanıldı — VİDEO

Paytaxtın Binəqədi rayonunda “Müsavat” partiyasının yerləşdiyi binadan iki ədəd kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri - Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov tutulublar. Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. ("Qafqazinfo")

Demokrat.az

D
demokrat.az