Hadisə

Örüş sahələri əlindən alınan sakinlər yolu bağladı — VİDEO

Örüş sahələri əlindən alınan sakinlər yolu bağladı — VİDEO

Zərdabda bir qrup şəxs etiraz edib.

Demokrat.az-ın məlumatına görə, Çallı kənd sakinləri icra nümayəndələri tərəfindən əllərindən alınan örüş sahələrini geri ala bilmədikləri üçün bu gün Ucar-Zərdab yolunu bağlayıblar.

Onlar qeyd ediblər ki, rayona yeni təyin olunan icra başçısı Mərdan Camalov bu yaxınlarda məsələnin qısa zamanda öz həllini tapacağını bildirmişdi: “Təssüflər olsun ki, aylar keçsə də, məsələ öz həllini tapmadı”.

Qeyd edək ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib. (Oxu.az)

D
demokrat.az