Kriminal

Xan “Lotu Quli”ni vurub belə qaçdı — YENİ VİDEOLAR

Xan “Lotu Quli”ni vurub belə qaçdı — YENİ VİDEOLAR

Türk polisi kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin detallarına aydınlıq gətirə biləcək yeni video görüntülər yayımlayıb.

Xatırladaq ki, azərbaycanlı “qanuni oğru” Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından iki güllə ilə vurularaq öldürülüb. N. Səlifovun qatili də Azərbaycandan olan kriminal avtoritet, “Xan Əhmədlinski” ləqəbi ilə tanınan Xəqan Zeynalovdur.

Otelin daxili hissəsinin ətraflı təsviri, “Lotu Quli”nin geyimi, Xəqan Zeynalovun saç düzümü burada təsadüfən verilməyib. Məsələ burasındadır ki, “Lotu Quli”nin qətlindən bir neçə saat sonra sosial şəbəkələrdə qatil Xəqan Zeynalovun “qanuni oğru”nu izlədiyinə dair video yayılmışdı. Video “Lotu Quli” və Xəqan Zeynalovun otel dəhlizində getdikləri yerdə lentə alınıb. Bu kadrlarda “Lotu Quli” qara “Nike” köynək və ağ şortda, Xəqan Zeynalov isə daha qısa saç düzümündədir.

O vaxt bir çox media orqanları bu videonu Xəqani Zeynalovun “Lotu Quli”nin qətlini sifariş edənlərə bir növ hesabatı kimi şərh etmişdilər. Yəni sanki qatil sifarişçilərə, bir neçə saatdan sonra hədəfə atəş açmağa hazır olduğunu və sadəcə siqnal gözlədiyini bildirir.

Lakin indi əminliklə demək olar ki, Xəqan Zeynalov bu videonu “Lotu Quli”nin qətlindən xeyli əvvəl və tamamilə başqa bir oteldə çəkib.

Türk polisinin yayımladığı yeni video görüntülər daha çox suallar doğurur. “Lotu Quli”nin qətlindən bir neçə saat sonra Xəqan Zeynalovun sensasiyalı videosunu kimlər yaymışdı? Əgər bunlar qətlin sifarişçiləri tərəfindən edilibsə, onda onlar onu niyə məhz qətl gününün görüntüləri kimi təqdim ediblər? Onlar bunu qətlin izini ört-basdır etmək üçün edə bilərdilərmi? Və ya bəlkə qətli sifariş verənlər bununla Xəqan Zeynalovun hadisə yerindən ən qısa müddətdə qaçmasına kömək etmək istəyiblər, çünki video sosial şəbəkələrdə N.Səlifovun qətlindən dərhal sonra yayılıb?! Bu və bir çox digər sualların cavabını türk kriminoloqları verməlidirlər.

Virtualaz.org

D
demokrat.az