Hadisə

Hacıqabulda 17 yaşlı gənc bıçaqlandı

Hacıqabulda 17 yaşlı gənc bıçaqlandı

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.azAPA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu 3 bıçaq yarası ilə ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az