Hadisə

Güclü yağış Mingəçevirdə iri ağacların aşmasına səbəb oldu — VİDEO

Güclü yağış Mingəçevirdə iri ağacların aşmasına səbəb oldu — VİDEO

Güclü yağışların ardından Mingəçevirdə bir neçə ünvanda iri gövdəli qovaq ağacları aşıb.

Demokrat.az-ın yeniavaz.com-a istinadən xəbərinə görə, onlardan ən təhlükəlisi şəhərin Xaldan şosesi girişindən şəhərə daxil olan yola düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da ağacın yola düşməsi nəticəsində nəqliyyatın hərəkətində müəyyən ləngimələr qeydə alınıb. Baş verən hadisə şəhərin əsas və ona bitişik giriş küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. İri gövdəli qovaq ağacı elektrik dirəyini də aşırıb. Bundan başqa şəhərin Üzeyir Hacıbəyov 72 ünvanında da qovaq ağacı qəfildən aşıb. Ərazidə yaşayan sakinlər bildiriblər ki, həmin ünvanda qurumuş ağaclar üstünlük təşkil edir.

Şəhər sakini Fizuli Sadıqov deyir ki, yağışlardan sonra torpaq yumşaldığı üçün ağaclar aşır: “Düzdür, tam yolu kəsmir amma, təhlükəlidir. Bundan başqa burada təhlükəli ağaclar çoxdur”.

D
demokrat.az