İdman

"Neftçi" mərhələ adladı, "Sumqayıt"dan uğursuz debüt — YENİLƏNİB

Neftçi mərhələ adladı, Sumqayıtdan uğursuz debüt — YENİLƏNİB

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Demokrat.azxəbər verir ki, bugünkü mübarizəyə "Neftçi" də qoşulub. "Ağ-qaralar" Bakıda Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gəlib. Görüş "Neftçi"nin qələbəi ilə yekunlaşıb - 2:1.

Mərhələ bir oyundan ibarət olduğundan "Neftçi" 2-ci raunda yüksəlib.

27 avqust

Avropa Liqası

I təsnifat mərhələsi

“Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya) - 2:1

Qol: Buqrin, 66 (1:0), Anton Krivotsyuk, 89 (2:0), Darboe, 90+3 (2:1)

Qırmızı vərəqə: Omar Qudiabi, 70 ("Şkupi") Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya) Bakı. “Bakcell Arena”.

Ölkəmizi Avropa Liqasında ilk dəfə təmsil edən "Sumqayıt" da bu gün meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mərhələ bir oyundan ibarət olduğundan "Şkendiya" 2-ci raunda yüksəlib.

Debütü uğursuz olan "Sumqayıt" isə mübarizəni dayandırıb.

Avropa Liqası

I təsnifat mərhələsi

“Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) - 0:2 Qol: Besart İbrahimi, 56-pen (0:1), L.Doriev, 89- pen. (0:2)

Hakimlər: Arman İsmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan) Sumqayıt. “Kapital Bank Arena”.

D
demokrat.az