Sosial

Vilayət Eyvazov yeni rəis müavini təyin etdi

Vilayət Eyvazov yeni rəis müavini təyin etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.(unikal.org)

D
demokrat.az