Hadisə

Maşın yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

Maşın yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Həsənov Niyaməddin Mübariz oğlu kənd ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən anidən onu elektrik cərəyanı vurub. N. Həsənov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

D
demokrat.az