Rəsmi Vyana casusluq işi ilə əlaqədar ilk dəfə bir rusiyalı diplomatı “persona non qrata” elan edib.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Avstria hökuməti rusiyalı diplomata ölkəni tərk etməsi üçün sentyabrın birinədək vaxt qoyub.
Rusiya Federasiya Şurası Xarici İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə bu hadisədə hansısa anlaşılmazlıqların olduğunu açıqlayıb: “Son aylarda Rusiya diplomatik nümayəndəliklərinin Avropa ölkələrindən çıxarılması ilə bir sıra oxşar hadisələr olub, bu pis bir tendensiyadır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Norveç də rusiyalı diplomatı ölkədən qovmuşdu.


