Hadisə

Balakənçayda köməksiz qalan şəxs xilas edildi — FOTO

Balakənçayda köməksiz qalan şəxs xilas edildi — FOTO

Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.

Demokrat.azxəbər verir ki, Balakən Rayon Polis Şöbəsinə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.

D
demokrat.az