Sosial

Kəramət Böyükçöl sərbəst buraxıldı

Kəramət Böyükçöl sərbəst buraxıldı

Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

“Report”un əldə etdiyi xəbərə görə, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra o polis bölməsindən sərbəst buraxılıb.

Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.

D
demokrat.az