Xızı rayonunda zorlama faktı qeydə alınıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xızı rayon sakini Xəyyam Xeyrulla Rzayev həmyerlisi Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.
Xəyyam Rzayev qadına zorakılıq göstərərək, onunla cinsi əlaqədə olub.
Şikayət əsasında Xəyyam Rzayev həbs edilib.
İstintaq orqanı tərəfindən Xəyyam Rzayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
Xızı rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq davam edir.
Fariz Məlikli Demokrat.az


