Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkimAzad Ələkbərovvəfat edib.
Bu barədəOxu.Az-a A. Ələkbərovun vəkiliFuad Ələkbərovməlumat verib.
O deyib ki, A.Ələkbərov Müdafiə Nazirliyinin Hospitalında sentyabrın 28-dən 29-na keçən gecə vəfat edib. Vəkilin sözlərinə görə, A.Ələkbərov bir müddət əvvəl infarkt keçirib.
Qeyd edək ki, A. Ələkbərov Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.


