Siyəzəndə dəhşətli qəza — VİDEO

HADİSƏ 13 avq 2020, 14:36

Siyəzən rayonunun Zarat kəndində “Mercedes” və “Ford” markalı iki yük avtomobili toqquşub.


Demokrat.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


12:24


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.


TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a  bildirib ki, hadisə zamanı maşında iki nəfər olub:


“Sürücü xəsarət almayıb. Digər sərnişinin isə vəziyyəti ağır qiymətləndirilir”.


11:59


Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az-ın məlumatına görə, görüntülərdə bir nəfərin ağır yaralanması əks olunub.


Qəza zamanı ölənin olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top