Hafiz Hacıyev KÖLGƏ KABİNETİnin sirlərindən danışdı — VİDEO

GÜNDƏM 12 avq 2020, 14:18

“Dəfələrlə mediada faktlar əsasında açıq şəkildə demişəm ki, Ramiz Mehdiyev Azərbaycanın dövlət başçısına xəyanət etdiyi üçün vəzifəsindən kənarlaşdırıldı. Ziya Məmmədov da Ramiz Mehdiyevin kamandasında olan insanlardan biridir. Onun qardaşını da Ramiz Mehdiyevin kadrıdı. Yəni bunlar bir kamandadı”.
 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri qeyd edib ki, Ramiz Mehdiyev vəzifəsindən çıxarılan nazirlərdən, icra başçılarından, digər gedən məmurlardan ibarət bu gün bir “kölgə kabineti” yaradıb:

 

“Əllərində kifayət qədər kapital var və bundan payızda Azərbaycanda çaxnaşma yaratmaq üçün istifadə edəcəklər. Müəyyən dəstələr, qruplarla böyük iş qurublar. Ziya Məmmədov da bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin qoyduğu adam hakimiyyətə gələcək və bunlar yenidən milyardlar qazanacaqlar. Ziya Məmmədov İlham Əliyevə xəyanət edən, əl altdan başqa kanallara işləyən, vaxtilə Milli Şuraya pul ötürən və bu gün də bu missiyasını davam etdirən, xaricdə Prezidentimizin əleyhinə təbliğat aparanlara maliyyə ayıran simalardan biridir. Düşünürəm ki, ölkə başçısı bütün bunları çox ciddi şəkildə nəzərə almalı və qəti tədbirlər görülməsi üçün göstəriş verməlidir”.

 

MMP sədrinin video-açıqlamasını burdan izləyə bilərsiz:

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top