İsrail hökuməti koronavirus pandemiyasıyla bağlı karantin rejiminin tətbiq olunması ucbatından iş yerini itirmiş ahıllara əlavə qrant ödənməsi haqda qərar qəbul edib.
Demokrat.az xəbər verir ki, bəhs edilən qərar 67 və ondan yuxarı yaşı olan işsizlərə şamil olunur. Bu kateqoriyadan olan vətəndaşlara may ayında 4 min şekel(təxm. 1920 AZN) veriləcək.(moderator.az)