Prezident AzTV-yə müsahibə verdi — FOTOLAR

HADİSƏ 10 avq 2020, 14:52

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.


Demokrat.az-ın xəbərinə görə, müsahibənin bu gün yayımlanacağı gözlənilir.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. 

 

Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top