Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanın infeksiyalaragörə müayinəsi aparılıb.
NazirlikdənOxu.Az-a verilən məlumata görə, müayinələrB.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutununMərkəzi Qan Bankınınkliniki laboratoriyasında IFA (imunoferment) metodu ilə həyata keçirilib.
Aşura günü qan verən5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Bir nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B,116 nəfərdəHepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.


