TƏBİB: “Karantin rejimindən yorulmuşuq”

SOSİAL 08 avqust 2020, 11:39

“Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma bu günə kimi gördüyümüz təcrübə onu  göstərir ki, yaxın insanların bir yerə toplaşması nəticəsində ailəliklə koronavirusa yoluxurlar”.

 

Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

O qeyd edib ki, qaydalara riayət etməsək, yoluxmalar artacaq:

 

“Yoluxmaların artmasından daha çox həkimlər və tibb işçiləri yorulublar. Ümid edirik ki, qarşıdan gələn vaxtlarda daha pozitiv xəbərlər verəcəyik”. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top