İdman

Avro-2024-ü keçirmək Türkiyəyə nəsib olmadı

Avro-2024-ü keçirmək Türkiyəyə nəsib olmadı

2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib.

Ev sahibinin adı UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra açıqlanıb. Qərara əsasən 2024-cü ildə Avropa çempionatına ev sahibliyi etmək hüququnu Almaniya qazanıb.

Qeyd edək ki, Avro-2024-ə ev sahibliyi etməyə digər namizəd ölkə Türkiyə idi.

Xatırladaq ki, Türkiyə 4 dəfə bu nüfuzlu yarışı keçirmək üçün müraciət etsə də, istədiyinə nail ola bilməyib.

D
demokrat.az