Hadisə

Fəttah Heydərovun xatirəsi parlamentdə yad edildi

Fəttah Heydərovun xatirəsi parlamentdə yad edildi

“Fəttah Heydərovun parlamentin bugünkü səviyyəyə gəlib çatmasında özünəməxsus rolu olub”.

Demokrat.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, F. Heydərovun fəaliyyətinin bir istiqaməti də Ağsaqqallar Şurasına sədrliklə bağlıdır:

“Onun haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətli ilə seçilən Azərbaycan ziyalısı canlanır. Xahiş edirəm onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək”.

Deputatlar Fəttah Heydərovun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Demokrat.az

D
demokrat.az