Sumqayıtda iki bıçaqlanma hadisəsi olub

HADİSƏ 01 avqust 2020, 21:06

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

 

Demokrat.az APA-nın yerli bürosuna istinadən məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Belə ki, 1979-cu il təvəllüdlü Zamid Ağayev Güldədə Rzayev tərəfindən bıçaqlanıb. Z. Ağayev qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin sol payının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Şəhər ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Elməddin Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top