Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

XARİCİ SİYASƏT 27 oktyabr 2025, 16:24
Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksikada, eyni zamanda Hondurasda, Kolumbiyada, Kosta Rikada, Qvatemalada, Panamada və Peruda səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top