Siyasət

Milli Məclis avqustun 6-7-də də toplanacaq

Milli Məclis avqustun 6-7-də də toplanacaq

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclaslarının vaxtı məlum olub.

Demokrat.az xəbər verir ki, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasları avqustun 6 və 7-də keçiriləcək.

İclasda aşağıdakı məsələlər ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

1.Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ;

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.

Qeyd edək ki, qanun layihələri parlamentin avqustun 5-i keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.

D
demokrat.az