Hadisə

Bakıda dəmir yolu stansiyasında faciə: sürücü yükün altında can verdi

Bakıda dəmir yolu stansiyasında faciə: sürücü yükün altında can verdi

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Demokrat.Az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində - Keşlə dəmir yolu yük stansiyasında anbardan "Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb. Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
D
demokrat.az