“Səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı”.
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli deyib.
F.Kərimli bildirib ki, izahatı alındıqdan sonra sərbəst buraxılıb.
***09:01
Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimli saxlanılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib.
A.Hacılı bildirib ki, F.Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.


