"Kökü bu torpaqdan su içməyən, kökü buradan qidalanmayan hər adamın dediyinə inanmaq olmaz, təhlükəlidir".
Demokrat.az-ın xəbərinə görə,bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı Reaksiya TV-nin efirində azərbaycanlı mühacir Ramiz Yunus barədə danışarkən deyib.
Partiya sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlıya böhtan atan Ramiz Yunusa və onun kimilərə qulaq verməyin əhəmiyyətsiz olduğunu bildirib.
"Elçin Şıxlı, İsmayıl Şıxlı kimi bir nəhəngin övladıdır, Azərbaycan mətbuatında özünün yeri var. Biz hamını qaralasaq, hamını ləkələsək, hamıya böhtan-şər atsaq... Bəs bizim millət olaraq yaxşımız yoxdurmu?! Çalışmaq lazımdır ki, Azərbaycanda olmayıb Azərbaycanı analiz edən, Azərbaycana yol göstərən, onun vətəndaşlarına kimin-kim olduğunu deməyə çalışanlara çox da qulaq verməyək. Oturur evdə, burada səhər olanda, orada axşam olur, boş-bekar adam oturub ağzına gələni danışır. Belə adamları ciddiyə almaq lazım deyil".
Zaur


