Gündəm

"Ramiz Yunus, sənin erməni nəslin Azərbaycanda hansı cinayətləri törədib? — VİDEO

Ramiz Yunus, sənin erməni nəslin Azərbaycanda hansı cinayətləri törədib? — VİDEO

"Anası erməni Ramiz Yunus indi Azərbaycan üçün ürəyi yanan olub, Azərbaycan üçün ürəyi yanır. Bir dəfə də olsun Qarabağdan danış da... Ay Ramiz Yunus, bir dəfə denən də sənin erməni nəslin Azərbaycanda hansı cinayətləri törədib?".

Demokrat.az-ın xəbərinə görə,bu sözləri Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu, Sevinc Osmanqızının verilişində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya yönəlik qarayaxmalar aparan azərbaycanlı mühacir Ramiz Yunusa sərt təpki verərkən deyib.

Z.Qəriboğlu bildirib ki, bu gün erməni Ramiz Yunus vasitəsiləElçin Şıxlı kimiAzərbaycanın ziyalısınadil uzadırlar:

"2010-cu illərdə Elçin Şıxlı, Arif Əliyev və digərlər Azərbaycandakı "5-ci kolon"la mübarizə aparanda, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov onun ofisinə basqın edib qəzetini bağlatdıranda, adam "5-ci kolon"la açıq-aşkar mübarizə aparanda, hamı susmuşdu. Heç kimin səsi çıxmırdı. Amma bu gün Elçin Şıxlını gətiriblər gündəmə. Özü də bir erməninin vasitəsilə. Erməni çıxır Azərbaycan ziyalısına dil uzadır. Görüm o ermənilər "5-ci kolon"dan danışa bilər? Heç o vaxtı da danışa bilmirdilər, çünki onlara xidmət edirdilər, onların "əl"inə oynayırdılar. Bu gün də əsl "5-ci kolon" nümayəndələrinin adını çəkə bilmirlər. Onlarla mübarizə aparan ziyalıları gözdən salmağa çalışırlar".

Zaur Demokrat.az

D
demokrat.az