Qazax rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, münaqişə zəminində 3 nəfər - 1964-cü il təvəllüdlü Şahid Aslanov, 1971-ci il təvəllüdlü Mərdan Əliyev və 1987-ci il təvəllüdlü Elvin Abbasov bıçaq xəsarətləri alıblar.
Hadisə zamanı daha bir gənc qadın da bıçaqlanıb.
Yaralıların dördü də Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.


