Hadisə

TƏBİB məlumat yaydı: Sabahdan vətəndaşlara yeni SMS-lər göndəriləcək

TƏBİB məlumat yaydı: Sabahdan vətəndaşlara yeni SMS-lər göndəriləcək

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Demokrat.az-ın xəbərinə görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək:

"Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

Demokrat.az

D
demokrat.az