Sosial

Ölkənin kredit təşkilatlarında 21 minə qədər işçi çalışır

Ölkənin kredit təşkilatlarında 21 minə qədər işçi çalışır

Bu il iyulun 1-nə Azərbaycandakı kredit təşkilatlarında çalışan işçilərin sayı 20 524 nəfər təşkil edib.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 1 063 nəfər və yaxud 4,9% azdır.

O cümlədən I yarımildə bank işçilərinin sayı 5,45% və yaxud 1 060 nəfər azalaraq 18 400 nəfərə, bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının işçilərinin sayı isə 3 nəfər və yaxud 0,1% azalaraq 2 124 nəfərə düşüb.

D
demokrat.az