Siyasət

Həmsədrlər Azərbaycan və Ermənistana çağırış etdi

Həmsədrlər Azərbaycan və Ermənistana çağırış etdi

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanat yayıblar.

Bununla bağlı ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib.

Bəyanatda bildirilib ki, hazırkı vəziyyət həmsədrlərin status-kvonun qəbuledilməz olması barədə fikirlərini gücləndirir.

Sənəddə münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həllinin vacibliyi qeyd edilib.

Bununla əlaqədar, həmsədrlər tərəfləri təxribatçı bəyanat və hərəkətlərdən çəkinməyə çağırıblar. (Oxu.az)

D
demokrat.az