"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, o, 42 yaşında bu gün vəfat edib.
Qrupun solistlərindən olan Ülvi Cəfərov saytımıza açıqlamasında bildirib ki, Tərlanın heç bir xəstəliyi yox idi:
"Xəbəri indi almışam. Məscidə gəldim. Xəstə deyildi, nədən ölüb bilmirik. Ailəsi deyir ki, qəflətən oldu".
Qeyd edək ki, Tərlan eyni zamanda saz ifaçısı idi.(axşam.az)


