“İndiki Ermənistan rejimi hərb meydanında iflas olduqdan, sülh prosesində bankrot olduqdan sonra artıq Azərbaycana qarşı hücumları, təcavüzkarlıq siyasətini və azərbaycanlılara qarşı hücumları daha çox erməni icması yaşayan ayrı-ayrı ölkələrin mərkəzi şəhərlərində, onların küçələrində keçirib”.
Demokrat.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.
“Bu, Vaşinqtonda, Lon-Ancelesdə, Varşavada, Brüsseldə, parisdə Torontioda, stokholmda və digər ölkəliorn paytaxt və böyük şəhərlərində baş verməkdədir. Mahiyyət ondan ibarətdir ki, indiki Ermənistanın hakim rejimi bütün Azərbaycana qarşı təcavüzün genişləndirilməsi istiqamətində atdığı addımların iflas olduqdan sonra və danışıqlar prosesində bankrot siyasət sahibi olmasından sonra dünya ictimaiyyətinin bu problemin həll olunmasındakı diqqətini yayındırmaq üçün bu cür iyrənc və məkrli addımlar atmağa başlayıb”, o bildirib.


