Quba rayonunda azyaşlıya təcavüz etməkdə ittiham olunan iki nəfər həbs olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon sakinləri Sabir Orucov və Emin Əzizov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunublar.
Bildirilir ki, onlar azyaşlı bir oğlana hədə-qorxu gələrək, onunla qeyri təbii yolla cinsi əlaqədə olublar.
Onlar bu çirkin əməllərini azyaşlıya dəfələrlə ediblər.
İstintaq orqanı tərəfindən Sabir Orucov və Emin Əzizovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində s eksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
İstintaq gedir.
Fariz Məlikli Demokrat.az


